Kivi sağlamlığa zərər verə bilər
Sağlamlıq
05.11.2025 19:30
Mütəxəssislər xəbərdarlıq edirlər ki, kivi bəzi insanlar üçün sağlamlıq baxımından təhlükəli ola bilər.
TodayPress TV xəbər verir ki, bu meyvə yüksək turşuluğa malik olduğundan mədə yanması və mədə selikli qişasının qıcıqlanmasına səbəb ola bilər.
Bu xüsusilə qastrit və mədə xorası olan şəxslər üçün risklidir.
Bundan əlavə, kiviyə və digər ekzotik meyvələrə qarşı həssaslığı olan insanlarda allergik reaksiyalar yarana bilər.
Eyni zamanda, mütəxəssislər qeyd edirlər ki, kivi "C" və "K" vitaminləri, kalium və üzvi turşularla zəngindir. Bu komponentlər qan damarlarını möhkəmləndirir, dəmirin orqanizm tərəfindən mənimsənilməsini yaxşılaşdırır və immun sistemini gücləndirir. Kivi dəmir çatışmazlığı, hipovitaminoz və zəif immun funksiyası olan insanlar üçün faydalı hesab olunur.
Türkan İsgəndərli
tag: Kivi,Sağlamlıq,Mədə,Vitamin,Todaypress.tv,
