Hündürdaban ayaqqabılar sümükləri əyir - DİQQƏT
Sağlamlıq
12.11.2025 19:30
Ayaqda yaranan “şiş” zərərsiz görünsə də, zamanla ciddi ağrılar və hərəkət çətinliyi yarada bilər.
TodayPress TV xəbər verir ki, bu hal çox vaxt baş barmaq hissəsində sümük çıxıntısı ilə müşahidə olunur və əsas səbəblərdən biri genetik meyillilikdir.
Populyar "hallux valgus" problemi xüsusilə qadınlarda daha çox rast gəlinir. Bunun başlıca səbəbi isə hündürdaban və dar burunlu ayaqqabılardır. Belə ayaqqabılar addım zamanı yükün bərabər paylanmasına mane olur və sümüklərin deformasiyasına gətirib çıxarır. Nəticədə barmaq tədricən yana əyilir və çıxıntı əmələ gəlir.
Mütəxəssislər bildirirlər ki, bu vəziyyət yalnız qadınlarda deyil, ayaqlarına mütəmadi yük düşən peşə sahiblərində, məsələn, rəqqasələrdə də müşahidə olunur. Problem təkcə estetik görünüşü pozmur, həm də güclü ağrılar və ayaqqabı geyinməkdə çətinlik yaradır.
Ortopedik içliklər yalnız deformasiyanın irəliləməsini ləngidə bilər, lakin sümük çıxıntısını tam aradan qaldıra bilmir. Ağrılar artdıqda isə cərrahi müdaxilə yeganə effektiv üsul hesab olunur. Müasir ortopediya əməliyyatla sümüyün forması və vəziyyətini bərpa etməyə imkan verir.
Əməliyyatdan sonra bərpa dövrünü asanlaşdırmaq üçün xəstələrə xüsusi ortopedik ayaqqabı geyinmək tövsiyə olunur. Bu, yükün bərabər paylanmasına kömək edir və pasiyentlərə bir neçə həftə ərzində ağrısız yerimə imkanı yaradır.
Türkan İsgəndərli
tag: Ayaq,Sümük,Hündürdaban,Barmaq,Todaypress.tv,
