Hər gün bu qədər badam yeyin – Bədəninizdəki dəyişiklik sizi təəccübləndirəcək

Hər gün bu qədər badam yeyin – Bədəninizdəki dəyişiklik sizi təəccübləndirəcək
11.07.2026 02:32 Sağlamlıq

Mütəxəssislər bildirirlər ki, ümumi sağlamlığı qorumaq üçün gündə 35–56 ədəd badam istehlakı faydalı ola bilər. 

TodayPress TV xəbər verir ki, “Verywell Health” nəşrinin yazdığına görə, standart porsiya 23 ədəd badam hesab olunsa da, bir sıra araşdırmalarda daha yüksək miqdarın sağlamlığa müsbət təsir göstərdiyi müəyyən edilib.

Araşdırmalara əsasən, badam “pis” xolesterinin səviyyəsini azaltmağa, qan təzyiqini və qan şəkərini tənzimləməyə, bağırsaq mikroflorasını dəstəkləməyə, həmçinin dərinin vəziyyətini yaxşılaşdırmağa kömək edir. Mütəxəssislər qeyd edirlər ki, badam doymamış yağlar, zülal, lif, maqnezium və digər faydalı qida maddələri ilə zəngindir və yüksək yağ tərkibinə baxmayaraq, adətən çəki artımına səbəb olmur.

Kübra Musayeva

XƏBƏR LENTİ
11 IYUL 2026
Bütün Xəbərlər