Hansı qidalar xərçəng riskini artırır?

Sağlamlıq

12.11.2025 18:45

Mütəxəssislərin fikrincə, bəzi qidalar xərçəngin inkişaf riskini əhəmiyyətli dərəcədə artıra bilər. Aparılan müşahidələrə əsasən, spirtli içkilər və emal olunmuş ətlər (sosiska, kolbasa, donuz əti və s.) bu baxımdan ən təhlükəli məhsullar hesab olunur.

TodayPress TV xəbər verir ki, bu məhsulların az miqdarda belə istehlakı bağırsaq xərçəngi riskini yüksəldə bilər.

Spirt orqanizmdə parçalandıqda isə döş və yoğun bağırsaq xərçəngi də daxil olmaqla bir neçə növ xərçəngin yaranmasına səbəb ola bilər.

Mütəxəssislər insanlara alkoqoldan uzaq durmağı və işlənmiş ət məhsullarının istifadəsini minimuma endirməyi tövsiyə edirlər. Bunun əvəzində təzə, balanslı və təbii qidalarla qidalanmaq xərçəng riskini azaltmağa kömək edə bilər.

Türkan İsgəndərli

TodayPress TV

tag: Qida,Xərçəng,Risk,İnkişaf,Todaypress.tv,