Güc məşqləri diabetin qarşısını alır

Sağlamlıq

04.11.2025 19:45

Alimlər müəyyən ediblər ki, güc məşqləri piylənmə və 2-ci tip diabetlə mübarizədə qaçmaqdan daha təsirli ola bilər. 

TodayPress TV xəbər verir ki, bununla bağlı ABŞ-də tədqiqat aparılıb.

Nəticələr göstərib ki, güc məşqləri qan şəkərinin tənzimlənməsinə və insulinə həssaslığın artmasına daha çox təsir göstərir.

Təcrübələr zamanı siçanlar üzərində aparılan araşdırmada həm qaçış, həm də güc məşqləri bədən çəkisini və piy səviyyəsini azaltdı, lakin ağırlıq qaldırmaya bənzər hərəkətlər edən heyvanlarda nəticələr daha yaxşı olub.

Mütəxəssislər bildiriblər ki, bu nəticə fiziki məhdudiyyətlərə görə qaçışla məşğul ola bilməyən insanlar üçün alternativ yaradır. Güc məşqləri həm əzələ sağlamlığını qoruyur, həm də şəkər xəstəliyinə qarşı effektiv müdafiə vasitəsi kimi çıxış edir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Məşq,Diabet,İdman,Şəkər,Todaypress.tv,