Gecə tez-tez oyanmaq stress əlamətidir

Sağlamlıq

15.12.2025 19:30

Gecənin bir yarısında qısa müddətli oyanışlar normal hesab olunur, lakin bu halın tez-tez təkrarlanması artan stressin əlaməti ola bilər.

TodayPress TV xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Həkimlərin sözlərinə görə, insan orqanizmi sirkadian ritm adlanan daxili bioloji saatla işləyir və işıq-qaranlıq dəyişikliklərinə uyğun olaraq yuxu və oyanıqlığı tənzimləyir. Bu proses melatonin və kortizol hormonlarının ifrazı ilə idarə olunur.

Bütün gecəni fasiləsiz yatmaq mümkün deyil. İnsanlar təxminən 90 dəqiqəlik yuxu dövrləri ilə yatır və hər dövrün sonunda qısa müddətə oyanırlar. Xüsusilə REM yuxusu mərhələsində beyin aktiv olur, bu zaman yuxular və qısa oyanışlar baş verir.

Bu cür qısa “oyanıqlıq fasilələri” sağlam insanlar üçün təhlükəli deyil və bəzən ümumiyyətlə xatırlanmır. Lakin oyanışlar tez-tez baş verirsə və narahatlıq yaradırsa, bu, emosional stressin yüksək səviyyədə olduğuna işarə edə bilər.

Türkan İsgəndərli

TodayPress TV

tag: Yuxu,Oyanmaq,Stress,Orqanizm,Todaypress.tv,