Dərmana tələsməyin: Təzyiqi salan 8 qida açıqlandı
Mütəxəssislərin fikrincə, bəzi qidalar qan təzyiqinin tənzimlənməsində qida əlavələrindən daha təsirli ola bilər.
TodayPress TV xəbər verir ki, bunlara giləmeyvələr, yarpaqlı yaşıl tərəvəzlər, lobya və mərcimək, yulaf, qatıq, qoz, yağlı balıq və tünd şokolad daxildir.
Bu məhsullar kalium, maqnezium, lif və antioksidantlarla zəngin olduğundan ürək-damar sağlamlığını dəstəkləyir və yüksək təzyiqin idarə olunmasına kömək edə bilər. Mütəxəssislər vurğulayırlar ki, ən yaxşı nəticə tək bir məhsuldan deyil, ümumilikdə sağlam və balanslı qidalanmadan əldə olunur.
Kübra Musayeva