Bu məhsulları soyuducuda saxlamaq təhlükəlidir - SİYAHI

Bu məhsulları soyuducuda saxlamaq təhlükəlidir - SİYAHI
11.07.2026 04:23 Sağlamlıq

Təmizlik üzrə mütəxəssis Kerol Appelbaum soyuducuda uzun müddət saxlanılan bəzi məhsulların sağlamlıq üçün risk yarada biləcəyini bildirib.

TodayPress TV xəbər verir ki, onun sözlərinə görə, açıldıqdan sonra 6 aydan çox saxlanılan souslar və turşular, 3-4 gündən artıq qalan bişmiş ət və balıq, 5 gündən çox saxlanılan kolbasa məhsulları, bir həftəni keçən humus, süd, yumşaq pendir, qatıq və meyvə şirələri istifadə edilməməlidir.

Ekspert vurğulayıb ki, son istifadə tarixinə baxmaqla yanaşı, məhsulun qoxusu, görünüşü və teksturasında dəyişiklik varsa, onu dərhal atmaq lazımdır.

XƏBƏR LENTİ
11 IYUL 2026
Bütün Xəbərlər