Bağırsağınızı xilas edən 8 içki açıqlandı
Bağırsaq təkcə həzmdə deyil, həm də immunitetin, əhval-ruhiyyənin və bədən çəkisinin tənzimlənməsində mühüm rol oynayır.
TodayPress TV xəbər verir ki, “Health” nəşri bağırsaq sağlamlığını dəstəkləyən 8 faydalı içkini açıqlayıb.
Mütəxəssislərin fikrincə, kefir, kombuça, gavalı şirəsi, alma sirkəli içki, prebiyotikli qazlı içkilər, zərdəçallı latte (“qızıl süd”), zəncəfil və limon çayı, eləcə də sümük bulyonu faydalı bakteriyaların inkişafını dəstəkləyə, həzmi yaxşılaşdıra və bağırsaqda iltihabı azalda bilər.
Eyni zamanda, şəkər tərkibi yüksək olan içkilərin bağırsaq mikroflorasına mənfi təsir göstərə biləcəyi vurğulanır. Araşdırma müəllifləri sağlam bağırsaq üçün şəkərli içkilərin qəbulunu məhdudlaşdırmağı tövsiyə edirlər.