Alma və bananı yanaşı qoymayın - SƏBƏB
Mütəxəssislər bildirirlər ki, bananları bəzi meyvələrlə birlikdə saxlamaq onların daha tez xarab olmasına səbəb ola bilər.
TodayPress TV xəbər verir ki, qida bloqçusu və aşpaz Molli Adamsın sözlərinə görə, banan, alma, avokado, armud və pomidor yetişmə prosesini davam etdirən məhsullardır və etilen adlı təbii qaz ifraz edir. Bu maddə yaxınlıqdakı meyvələrin də daha sürətli yetişməsinə səbəb olur.
Ekspert qeyd edib ki, bananları digər meyvələrdən ayrı saxlamaq həm onların ömrünü uzadır, həm də qida tullantılarının azalmasına kömək edir.