Alimlər hər gün avokado yeməyi tövsiyə edir - FAYDALARI

Alimlər hər gün avokado yeməyi tövsiyə edir - FAYDALARI
06.07.2026 03:43 Sağlamlıq

Alimlərin apardığı yeni araşdırmaya görə, hər gün bir ədəd avokado qəbul etmək qanda şəkərin səviyyəsinin daha sabit qalmasına kömək edə bilər.

TodayPress TV xəbər verir ki, tədqiqat zamanı altı ay ərzində gündəlik avokado yeyən iştirakçıların qlisemik yük göstəricisinin əhəmiyyətli dərəcədə azaldığı müəyyən edilib. Mütəxəssislər bunu avokadonun yüksək lif, faydalı doymamış yağlar, kalium və vitaminlərlə zəngin olması ilə əlaqələndirirlər.

Bununla yanaşı, ekspertlər avokadonun yüksək kalorili məhsul olduğunu xatırladaraq, onun digər yağ mənbələrinin əvəzinə qəbul edilməsini tövsiyə edirlər.

Kübra Musayeva

XƏBƏR LENTİ
06 IYUL 2026
Bütün Xəbərlər