Alimlər ən faydalı isti içkini açıqladı - Hər gün içənlər daha uzun yaşayır
Qəhvə və yaşıl çay sağlamlıq üçün ən faydalı isti içkilər arasında göstərilir.
TodayPress TV xəbər verir ki, alimlərin araşdırmalarına görə, gündə 1-2 fincan qəhvə içən insanların daha uzun ömür sürmə ehtimalı yüksəkdir. Mütəxəssislər bunu qəhvənin tərkibində olan antioksidant təsirli polifenollarla əlaqələndirirlər.
Araşdırmalarda yaşıl çayın ürək-damar xəstəlikləri riskini və ümumi ölüm ehtimalını azaltmağa kömək etdiyi bildirilib. Qara çayın isə qan təzyiqini və “pis” xolesterinin səviyyəsini aşağı saldığı, nanə, çobanyastığı və hibiskus çaylarının da müxtəlif sağlamlıq faydalarına malik olduğu qeyd olunur.