Xalq yazıçısı: "Bu, taleyin mənə verdiyi cəzadır"

Xalq yazıçısı: "Bu, taleyin mənə verdiyi cəzadır"
04.08.2025 13:33 Mədəniyyət

“Ədəbiyyatımız böyük yazıçısını itirdi, xalqımız böyük ictimai-siyasi xadimini itirdi. Mən isə ən yaxın dostumu itirdim”. 

TodayPress TV xəbər verir ki, bunu Xalq yazıçısı Elçin Əfəndiyevin vida mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev deyib. 

“Bu, taleyin bir oyunu, cəzasıdır ki, dostlarımın dəfn mərasimində iştirak etməli oluram. Elçin Əfəndiyev mənim üçün həm vəfalı, həm də etibarlı dost idi. Biz hər gün əlaqə saxlayırdıq, görüşürdük. İndi bilmirəm kimə zəng edəcəyəm".

Qiymət Mahir

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər