Vətən müharibəsi qazisinin baş rolda çəkildiyi film təqdim olundu

Mədəniyyət

14.12.2025 20:18

CBC tekekanalı və Audiovizual Şuranın birgə hazırladığı "Qələbə nəfəsi" sənədli filminin təqdimatı olub.

TodayPress TV xəbər verir ki, təqdimat Nizami Kino Mərkəzində baş tutub.

Filmdə baş rolu Vətən müharibəsi qazisi Polad Rzayev canlandırıb.

Zəfər sevincini döyüş meydanında dadmış qazi "Qələbə nəfəsi" filmi haqqında fikirlərini bölüşüb:

"Azərbaycan Ordusunun mənsubu olaraq ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək bizim üçün böyük qürurdur. Bu, bizim şərəf, namus və vəzifə borcumuzdur. Bunun sonra xalqımıza düzgün formada çatdırılması, təbliğatının aparılması dövlətin böyük planlarından biri idi. Belə bir filmin ərsəyə gəlməsi bizi qürurlandırır. Bu, gələcək nəsillərə də örnək olacaq".

Qeyd edək ki, filmin rejissoru Həbib Cəbrayılov, ssenari müəllifi Namiq Həsənlidir. N.Həsənli bildirib ki, filmin əsas mövzusu müharibə iştirakçıları, qazilərin psixoloji reabilitasiyası və cəmiyyətə reinteqrasiyasıdır.

TodayPress TV 

tag: Film ,Nizami Kino Mərkəzi, "Qələbə nəfəsi", Polad Rzayev ,Todaypress.tv,