Venesiya kinofestivalının ən yaxşı filmi müəyyənləşdi

Venesiya kinofestivalının ən yaxşı filmi müəyyənləşdi
07.09.2025 06:15 Mədəniyyət

Venesiya kinofestivalının ən yaxşı filmi müəyyənləşib.

TodayPress TV xəbər verir ki, kinorejissor Cim Carmuşun “Ata, ana, bacı, qardaş” filmi Venesiyada “Qızıl Şir” mükafatına layiq görülüb.

Qalibləri amerikalı rejissor, ikiqat Oskar mükafatçısı Aleksand Paynenin rəhbərlik etdiyi beynəlxalq münsiflər heyəti elan edib.

Film Nyu-York, Paris və Dublindəki yetkin uşaqlar və onların valideynləri arasındakı münasibətdən bəhs edən üç hekayədən ibarətdir. Filmdə baş rolları Keyt Blanşett, Viki Krieps, Adam Driver, Tom Ueyts və Şarlotta Ramplinq canlandırıb. Filmin premyerası Venesiya Film Festivalında olub.

Qeyd edək ki, ümumilikdə əsas müsabiqədə 21 film iştirak edib.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər