Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı

Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı
30.07.2026 21:46 Mədəniyyət

“44” bədii filmi üzərində iş yekunlaşıb.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov özünün sosial media hesabında paylaşım edib.

“Filmin ərsəyə gəlməsində iştirak edən peşəkar yaradıcı heyət, çəkiliş qrupu, aktyorlar və müxtəlif sahələr üzrə çoxsaylı mütəxəssislərlə birlikdə böyük bir yol qət edildi.

Səbirlərinə, fədakarlıqlarına, həmrəyliklərinə və ümumi işə verdikləri töhfəyə görə onlara minnətdaram!

Həmçinin bu müddət ərzində bizi xoş sözlərlə dəstəkləyən hər kəsə təşəkkürümüzü bildirmək istərdik, çünki layihə məsuliyyətli idi və onun həyata keçirilməsi heç də asan olmadı.

Filmlə bağlı detalları və daha ətraflı məlumatı premyeraya yaxın bölüşəcəyik.

Premyera bu ilin payızında nəzərdə tutulub.

Filmin treyleri növbəti paylaşımımızda təqdim olunacaq”,- Anar Ələkbərov qeyd edib.

XƏBƏR LENTİ
30 IYUL 2026
Bütün Xəbərlər