Qul əxlaqı - Orxan Saffari yazır...

Qul əxlaqı - Orxan Saffari yazır...
10.09.2025 10:20 Mədəniyyət

Humanizm və sevgi, əlbəttə, xoş, insan üçün olan, hətta olmazsa olan duyğulardır.

Fəqət bəs nifrət? Nifrət təbii və insan üçün deyilmi? Niyə mütləq nifrətdən qaçmaq, heç bir şəkildə bu hissi keçirməmək lazımdır?

Maraqlıdır, insan ancaq sevgi ilə yoğrula bilərmi? Nifrət hissi olmayan adam tam formalaşmış sayıla bilərmi?

Məsələn, kiməsə və nəyəsə nifrət edən insanlar, adətən, ətrafındakı insanlar tərəfindən sıxışdırılır, ona mütləq “sevməlisən” deyilir.

Sanki “hər kəsi və hər şeyi sevmək”də siyasi ideologiyadır.

Əvvəla, kiminsə kiməsə və nəyəsə nifrət etməsi, hələ onun heç də sevgisiz olduğu anlamına gəlmir. Xeyir də, şər də, sevgi də, nifrət də insan üçündür.

İnsan təbiəti, xarakteri də yanlız sevgi üzərində formalaşa bilməz. Nifrət isə sevginin qarşısında dayanan duyğudur, onsuz necə mümkün ola bilər?!

Nifrət sözü səsləniş olaraq kobudur, fəqət mahiyyətcə tək dağıtmağa yox, həm də qorunmağa hesablanıb. Belə demək olarsa, insan özünü nifrət edərkən də daha çox qoruya bilir.

Nifrət insanı sərhədləndirir. Ancaq məsələn, bu mənada sevginin sərhəddi yoxdur.

Nifrət emosional duyğudan daha çox var olmağını özünü müdafiəsi və sübutudur.

Nifrət həm də ağıl işidir, zəka məsələsidir.

Nifrət etmək həm də diri olmaqdır. Çün, nifrət adamı psixoloji olaraq da ayaqda saxlayır, müəyyən mənada enerji verir, mübarizəyə səsləyir, susdurmur, hərəkət etdirir.

Əlbəttə, məsələ təkcə məişət nifrətkarlığında deyil. Müstəvi heç zaman iki sadə fərdin bir-birinə zərər verəcək nifrətinə çevrilməməlidir. Nifrət bu mənada daha bəşəridir.

Məsələn, düşmənə nifrət etməyin özü də sevgidir.

Ümumiyyətlə, məhvə aparmırsa, nifrət insanın haqqı, o cümlədən azadlığıdır. Başqasına nifrəti olan insanı mütləq şəkildə sevgiyə çağırmaq, buna görə ona aşağı baxmaq doğru deyil.

Əgər insan nifrət edə bilməsəydi, “nə sevirəm, nə də nifrət edirəm” boşluğunda donub qalardı. İnsan nifrətlə nəfəs alır, nifrətlə mübarizə aparır, nifrətlə özünü qoruyur.

Nifrət olmadan insanın sevgisi də yarımçıq qalar.

Nifrəti “yalnız zərərli” elan edənlər, sanki, insanı bir az da robotlaşdırmaq istəyirlər. Yəni sənə zülm, pislik olunsa da, daim əzilsən də həmişə “sevgi" ilə cavab verməlisən, başqa yolu yoxdur, nifrət edirsənsə, demək, sən də pissən.

Ümumiyyətlə, hamını və hər şeyi sevmək qulun əxlaqıdır.

Lap Nietzschenin də dediyi kimi:

“Bütün dəyərlərin yenidən qiymətləndirilməsi lazımdır. O dəyərlər ki, bizə “humanist” maskası altında zorla sırınıb”.

İnsan, əlbəttə, sevgi ilə yanaşı nifrət etməli, bu nifrət sayəsində gücünü bilməli, mübarizəsini formalaşdırmalıdır.

Əks halda, “sənə pislik edəni sev, daş atana gül at, nifrəti qəlbindən uzaq tut” kimi sırıdılmış humanizm, mənəvi strelizasiyaya məruz qalan insan yaratmaqdan başqa bir şey deyil.

İnsan sevgi hissi ilə formalaşa bilər, ancaq məhz nifrət hissi ilə natamamlıqdan qurtulur.

Orxan Saffari

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
Azərbaycan cüdoçuları Qrats tatamisində zirvəyə yüksəldi 09:16 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 08:53 SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Mehriban Əliyeva uşaqları təbrik etdi 08:34 Prezident 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi 08:30 ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komandanın hər biri mövsüm ərzində 100 milyon avrodan çox pul qazandı 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasında mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 Bütün Xəbərlər