Muğamın səsi susdu...

Muğamın səsi susdu...
01.08.2025 12:35 Mədəniyyət

“Bir ordunun deyə bilmədiyini muğam tək başına çatdıra, eyni anda həm güldürüb, həm də ağlada bilər”.

Bu sözlər, Azərbaycanın görkəmli muğam ustası, Xalq artisti Arif Babayevə məxsusdur. Onun səsi, sənəti, nəfəsi ilə dirilən muğam bu gün onsuz qalıb. Klassik Azərbaycan muğam məktəbinin parlaq siması, yüzlərlə gənc xanəndənin yoluna çıraq olan sənətkar artıq aramızda yoxdur.

Bəs sənətə misilsiz töhfələr bəxş etmiş bu böyük şəxsiyyət kim idi?

TodayPress TV xəbər verir ki, Arif İmran oğlu Babayev 1938-ci il fevralın 20-də Ağdam rayonunun Sarıhacılı kəndində dünyaya gəlib. O, Segah, Şur, Arazbarı, Qarabağ şikəstəsi kimi muğamların mahir ifaçısı kimi tanınıb və bu janrların ruhunu öz səsi ilə yaşadıb.

Sənətkar 1962-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib, əvvəlcə Dövlət Filarmoniyasında solist kimi fəaliyyət göstərib, daha sonra Opera və Balet Teatrının səhnəsində "Leyli və Məcnun", "Əsli və Kərəm", "Aşıq Qərib" kimi operalarda baş rollarda çıxış edib. Onun ifaları təkcə musiqi deyil, həm də milli kimliyin poetik və mənəvi təcəssümü idi.

1980-ci illərdən etibarən Arif Babayev pedaqoji fəaliyyətə başlayaraq, Bülbül adına Orta İxtisas Musiqi Məktəbi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında muğamın incəliklərini gənc ifaçılara öyrədib. Bu xidmətlərinə görə “Muğam professoru” fəxri adına layiq görülüb.

Arif Babayev zəngin sənət yolu boyu saysız-hesabsız mükafatlarla təltif olunub. 1989-cu ildə “Xalq artisti” adı, 1998-ci ildə “Şöhrət” ordeni, 2008-ci ildə “İstiqlal” ordeni, 2018-ci ildə “Şərəf” ordeni ilə mükafatlandırılıb. 2025-ci il mayın 8-də isə o, Azərbaycanın ən ali mükafatlarından biri olan “Heydər Əliyev mükafatı”na layiq görülüb.

Sənət yolunda daim mübarizə aparan ustad bir həqiqəti tez-tez dilə gətirirdi. Hər zaman bir tərəfinin yarım qaldığını deyirdi. Lakin bu nisgil uzun çəkmədi. O, doğulub boya-başa çatdığı Sarıhacılıya, ata ocağına qovuşdu. Aradan illər keçdikdən sonra torpağına ayaq basan sənətkarın dilindən səslənən bu sözlər isə duyğuların ən ucası idi:

"Şükür sənə, İlahi... Ölmədim torpağımı gördüm". 

Ağdamına qovuşsa da, səhhətindəki ciddi problemlər onu rahat buraxmadı. İyul ayının sonunda kəskin tənəffüs çatışmazlığı ilə xəstəxanaya yerləşdirilən Arif Babayev süni nəfəs aparatına qoşuldu. Bütün tibbi müdaxilələrə baxmayaraq, 2025-ci il avqustun 1-də ustad sənətkar əbədiyyətə qovuşdu.

Arif Babayevin vəfatı Azərbaycan mədəniyyəti üçün misilsiz itkidir. Onun ölməz səsi, yaratdığı muğam məktəbi və yetişdirdiyi yüzlərlə sənətkar uzun illər boyu yaşayacaq və gələcək nəsillərə yol göstərəcək.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
02 IYUN 2026
Yarım milyonluq dələduzluqla bağlı məhkəmədə yeni qərar çıxarıldı 11:22 Space TV "dağılır" - Maaş vermədiyi məşhur aparıcı da getdi 11:10 Putin milyarderləri "tasa oturtdu": Bağlı qapı arxasında hədə - Qorxunun maliyyəti... 11:09 Astarada gömrükçülər "Kahı" qutularını açdılar - 23 kilo narkotik 11:06 Futbol dünyasının ən güclü məşqçiləri bəlli oldu 11:02 Nikol Paşinyan Azərbaycana 4-5 milyard dollar dəyərində silah verib - nə üzlə səs istəyir? 11:00 Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik etdi 10:51 Qazaxıstanı keçən millimiz indi Çexiyanı hədəfləyir 10:43 İran qarışıb, hakimiyyət çöküb - Prezidenti divara sıxıblar, SEPAH sərhəd tanımır 10:39 Azərbaycan onu gözləyir: Tramp yeni elçisini göndərir 10:37 Hamının yolunu gözlədiyi yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq 10:30 Osaka öz etirafı ilə gündəm oldu: artıq üzülmürəm 10:22 Yaxın Şərqdə "qırğın" gedir, Trampın Netanyahuya demədiyi qalmadı - Dünya diplomatik skandalı belə izləyir... 10:16 Ukrayna Qərbi sıxışdırdı– Kiyevdən yeni xəbərdarlıq 10:10 Bina və hündür ağaclardan uzaq durun - FHN-dən XƏBƏRDARLIQ! 10:07 Arteta böyük dəyişikliklərə hazırlaşır: transfer planı açıqlandı 10:17 DİM-dən abituriyentlərə MÜRACİƏT - Qabilliyət imtahanları... 09:58 Dəmir Yollarından ictimaiyyətə müraciət - ÖLƏN VAR 09:50 Yeni mövsümü planlaşdırırdı, amma istefa xəbəri aldı 09:44 Mobil telefon kimi top: Mundialın ən maraqlı yeniliyi 09:38 Təbii qazın dəyəri artdı 09:36 Neft qiymətləri ucuzlaşdı - Son Rəqəmlər! 09:20 Rusiya Kiyevi yer üzündən silir - Gecə boyunca zərbələr davam edir - VİDEO 09:09 ABŞ-nin təzə qurbanı OMAN: Bu dəfə İranın nişangahında 09:02 NASA-dan yadplanetlilərin cəsədləri ilə bağlı AÇIQLAMA 08:45 Bütün Xəbərlər