Məşhur dizayner Armani ilə vida mərasimi keçirilir
91 yaşında vəfat edən məşhur italyan dizayneri Ciorcio Armani ilə vida mərasimi Milanda artıq başlayıb.
TodayPress TV xəbər verir ki, iki gün davam edəcək mərasim "Armani/Teatro" sərgi salonunda keçirilir və hər kəs iştirak edə bilər.
Dizaynerin istəyinə əsasən, ilk olaraq şirkət əməkdaşları onunla vidalaşacaq.
Armani ilə vida üçün siyasət, biznes və incəsənət aləminin tanınmış simalarının Milana gəlməsi gözlənilir. Romadakı butiklər isə adi qaydada fəaliyyətini davam etdirir.
Armaninin doğulduğu Piacenza və Milanda 8 sentyabrda matəm elan olunub. Dəfn mərasimi dizaynerin arzusu ilə qapalı şəkildə keçiriləcək.
Töhfə Səməd