"Maykl" rekordu qırdı – "Oppenheimer"i geridə qoyaraq tarixə düşdü

"Maykl" rekordu qırdı – "Oppenheimer"i geridə qoyaraq tarixə düşdü
29.06.2026 08:41 Mədəniyyət

Rejissor Antuan Fukuanın Maykl Cekson haqqında çəkdiyi "Maykl" bioqrafik filmi dünya üzrə 977 milyon dollar gəlir əldə edərək bütün zamanların ən çox gəlir gətirən bioqrafik filmi olub.

TodayPress TV xəbər verir ki, bununla da ekran əsəri "Oppenheimer" filminin 975 milyon dollarlıq rekordunu geridə qoyub.

Film eyni zamanda 911 milyon dollar gəlir toplamış "Bohemian Rhapsody" filmini də geridə qoyaraq musiqi bioqrafiyaları arasında da liderliyə yüksəlib.

Məlumata görə, film ABŞ-də 370,2 milyon, beynəlxalq bazarda isə 607,2 milyon dollar gəlir əldə edib. Baş rolda pop ulduzu Maykl Ceksonun qardaşı oğlu Cəfər Cekson çəkilib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
29 IYUN 2026
Bütün Xəbərlər