İncəsənət məktəblərinə qəbul imtahanlarının nəticələri açıqlandı
2025/2026-cı tədris ili üzrə musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri açıqlanıb.
TodayPress TV xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə I və VIII siniflər üzrə şagird qəbul imtahanlarının ixtisas və məktəb seçimi mərhələsinin nəticələri açıqlanıb.
Namizədlər nəticələrlə exam.culture.az portalı vasitəsilə tanış ola bilərlər. Nəticələr elan olunduğu tarixdən etibarən 5 (beş) gün ərzində namizədlər "MyCulture" şəxsi kabineti üzərindən tələb olunan sənədləri qəbulu təsdiqləmək məqsədilə sistemə yükləməlidirlər. ️