İncəsənət məktəb və mərkəzlərinə sənəd qəbulunun vaxtı uzadıldı

İncəsənət məktəb və mərkəzlərinə sənəd qəbulunun vaxtı uzadıldı
10.09.2025 10:05 Mədəniyyət

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən mərkəzlərə qeydiyyat müddəti uzadılıb.

Bu barədə TodayPress TV-yə Nazirlikdən məlumat verilib.

Belə ki, musiqi, incəsənət məktəb və mərkəzlərinə I və VIII siniflər üzrə qəbul imtahanlarının nəticələri ilə bağlı sənədlərin qəbulu və qeydiyyat müddəti 12 sentyabr saat 18:00-dək uzadılıb.

Qeyd edək ki, namizədlər tələb olunan sənədləri “MyCulture” şəxsi kabineti üzərindən sistemə yükləməklə qəbulunu təsdiqləyə bilərlər.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər