Həsən bəy Zərdabinin heykəlinin yerinin dəyişdirilməsi təklif olunur

Mədəniyyət

08.12.2025 12:25

Həsən bəy Zərdabinin İçərişəhərdəki heykəlinin yerinin dəyişdirilməsi təklif olunur.

TodayPress TV xəbər verir ki, bu təkliflə Xalq yazıçısı Anar Milli Məclisdə keçirilən "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfransda çıxış edib.

Onun sözlərinə görə, "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin binası İçərişəhərdə yerləşirdi və Həsən bəy Zərdabinin də heykəli onun qarşısında qoyulmuşdu:

"Ancaq indi həmin binanın birinci mərtbəsəi restorandır, nəticədə Zərdabinin heykəlinin orada yerləşməsi doğru görünmür. Ona görə də abidənin yerinin dəyişdirilməsini təklif edirəm. Çünki Azərbaycanda abidənin yerinin dəyişdirilməsi praktikası var".

TodayPress TV

tag: Həsən bəy Zərdabi,Heykəl,Təklif,Milli Məclis,Todaypress.tv,