“Faiq Əhməd: 2011–2024-cü illər dövrü” sərgisi açıldı

“Faiq Əhməd: 2011–2024-cü illər dövrü” sərgisi açıldı
12.09.2025 10:33 Mədəniyyət

Sentyabrın 11-də Azərbaycan Milli Xalça Muzeyində “Faiq Əhməd: 2011–2024-cü illər dövrü” adlı sərginin açılış mərasimi keçirilib.

TodayPress TV xəbər verir ki, sərgidə yer alan unikal xalçalar indiyədək “Şanqri La” İslam İncəsənəti, Mədəniyyəti və Dizaynı Muzeyi (Havay), San Luis Obispo İncəsənət Muzeyi (Kaliforniya), Pensilvaniya İncəsənət və Dizayn Kolleci, Tuleyn Universitetinin Nyukomb İncəsənət Muzeyi (Nyu Orlean), Maraya İncəsənət Mərkəzi (Şarjah), Arnem Muzeyi (Niderland) və İsveç Tekstil Muzeyi (Boras) kimi nüfuzlu mərkəzlərdə nümayiş etdirilsə də, onların əksəriyyəti ölkəmizdə ilk dəfə tamaşaçılara təqdim olunur.

Tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov çıxış edərək rəssamın yaradıcılığı, Azərbaycan xalça sənətinin dünyada təbliği istiqamətində uğurlu fəaliyyəti və sərginin əhəmiyyətindən danışıblar.

Ənənəvi Azərbaycan xalçaçılığına innovativ yanaşması ilə tanınan müasir rəssam Faiq Əhməd bu qədim sənət növünü müasir düşüncə, fəlsəfə və texnologiya ilə harmonik şəkildə birləşdirir. O, milli irsi qorumaqla, onu qlobal incəsənət dilində ifadə edir və beynəlxalq miqyasda rezonans doğuran gücə çevirir.

Sərgidə müəllifin tekstil sənətinə yanaşmasının zaman və mədəniyyət kontekstində dəyişməsini əks etdirən “Sosial anatomiya” (2016) və “Sən müqəddəssən” (2024) adlı videoçarxlar da nümayiş olunur. 

Qeyd edək ki, rəssamın əsərləri indiyədək Ağa Xan Muzeyi (Toronto), Corc Vaşinqton Universitetinin Tekstil Muzeyi (Vaşinqton), Viktoriya və Albert Muzeyi (London), Viktoriya Milli Qalereyası (Melburn), Roma Müasir İncəsənət Muzeyi, Qədim və Müasir İncəsənət Muzeyi (Tasmaniya) və dünyanın digər şəhərlərindəki nüfuzlu sənət mərkəzlərində sərgilənib. Eyni zamanda, müəllifin əsərləri Heydər Əliyev Mərkəzi (Bakı), De Young İncəsənət Muzeyi (San-Fransisko), Birminhem İncəsənət Muzeyi (Alabama), Elm və Tətbiqi İncəsənət Muzeyi (Sidney), Çikaqo İncəsənət İnstitutu, Los-Anceles İncəsənət Muzeyi və digər tanınmış mədəniyyət müəssisələrinin daimi kolleksiyalarına daxildir. 

2007-ci ildən bəri ənənəvi xalça naxışlarını müasir baxışla yenidən şərh edən Faiq Əhməd bu silsilə əsərləri ilə dünyanın müxtəlif ölkələrində tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanır. 

Sərgi 30 dekabr 2025-ci il tarixinədək davam edəcək.

TodayPress TV

FOTOLAR

“Faiq Əhməd: 2011–2024-cü illər dövrü” sərgisi açıldı — 1
“Faiq Əhməd: 2011–2024-cü illər dövrü” sərgisi açıldı — 2
XƏBƏR LENTİ
02 IYUN 2026
Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Bütün Xəbərlər