Elçin Əfəndiyev I Fəxri xiyabanda dəfn ediləcək

Elçin Əfəndiyev I Fəxri xiyabanda dəfn ediləcək
03.08.2025 16:30 Mədəniyyət

Xalq yazıçısı Elçin Əfəndiyev avqustun 4-ü I Fəxri xiyabanda dəfn ediləcək.

Bu barədə TodayPress TV-yə Azərbaycan Yazıçılar İttifaqından bildirilib.

Onunla vida  mərasimi 4 avqust, saat 12:00-dan 14:00-a kimi Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında baş tutacaq.

Xatırladaq ki, tanınmış yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Xalq yazıçısı (1998), “İstiqlal” ordenli (2003), dövlət və ictimai xadim Elçin İlyas oğlu Əfəndiyev bu gün 82 yaşında vəfat edib.

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər