Bakıda Mərakeşin milli bayramı qeyd olundu

Bakıda Mərakeşin milli bayramı qeyd olundu
31.07.2025 10:59 Mədəniyyət

30 iyul Mərakeş Krallığının milli bayramı – Taxt-Tac Günüdür. Bu münasibətlə Bakıda rəsmi qəbul təşkil olunub.

TodayPress TV xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli,  ölkəmizdəki diplomatik korpusun nümayəndələri və digər şəxslər iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycanın və Mərakeşin Dövlət himnləri səsləndirilib.

Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş çıxış edərək ölkəsinin son illərdəki inkişaf yolundan danışıb.

Diplomat çıxışında həmçinin Mərakeşlə Azərbaycan arasında münasibətlərin hazırki vəziyyətindən məmnunluğunu bildirib. Qeyd edib ki, iki ölkənin müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri ildən-ilə inkişaf edir, dərinləşir.  

Mərasimdə Azərbaycan Hökuməti adından çıxış edən mədəniyyət naziri Adil Kərimli dost ölkənin milli bayramı münasibətilə təbriklərini çatdırıb.

Qeyd olunub ki, bu gün ölkələrimiz siyasi dialoqla yanaşı, iqtisadi, mədəni və humanitar sahələrdə də uğurla əməkdaşlıq edir. İki ölkə rəhbərlərinin siyasi iradəsi və səmimi dostluq münasibətləri Azərbaycan-Mərakeş əlaqələrinin hərtərəfli inkişafında mühüm rol oynayır. 

Çıxışlardan sonra mərasim ziyafətlə davam edib, bədii proqram təqdim olunub.

FOTOLAR

Bakıda Mərakeşin milli bayramı qeyd olundu — 1
Bakıda Mərakeşin milli bayramı qeyd olundu — 2
Bakıda Mərakeşin milli bayramı qeyd olundu — 3
XƏBƏR LENTİ
01 IYUN 2026
İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 2 10:02 Diplomatik danışıqlar iflasa uğrayır? ABŞ-nin Küveytdəki bazası vuruldu - VİDEO 11:50 Yayın ən səs-küylü transferlərindən biri reallaşa bilər! 11:43 Putindən bələdiyyə rəhbərləri ilə bağlı kritik sənəd: 1 oktyabradək vaxt verildi! 11:39 KTM: May ayında 85 nəfər zəhərlənib 11:39 İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 11:34 Paris nəhəngi yay üçün ulduz ovuna başladı! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Prezident: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 11:17 Zakir Həsənov Gürcüstan Baş naziri ilə görüşdü - Nələr müzakirə edildi? 11:14 Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq 11:00 BMT ortada qaldı - ABŞ və Çin borclarını ödəmədi 10:59 Azərbaycanın pley-off həyəcanı: rəqib Qazaxıstandır! 10:57 Qızıl və gümüş almaq istəyənlərin NƏZƏRİNƏ! 10:48 Bütün Xəbərlər