Milyonlarla illik sirr meqapolisin mərkəzində açıldı

Milyonlarla illik sirr meqapolisin mərkəzində açıldı
06.07.2026 14:24 Maraqlı

Çinin Quançjou şəhərində milyonlarla il yaşı olan nadir dinozavr yumurtaları aşkar edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Jam Press məlumat yayıb.

Məlumata görə, Quançjounun Hayju rayonunda tapılan yumurtalar tam salamat qalıb və son illərdə şəhər ərazisində aşkarlanan ən nadir tarixəqədərki tapıntılardan biri hesab olunur.

Dinozavr yuvasını iyunun 23-də yerli sakin aşkar edərək bu barədə aidiyyəti qurumlara məlumat verib. Ekspertlər tapıntının həqiqi dinozavr yumurtaları olduğunu, onların tam şəkildə qorunduğunu və morfoloji quruluşunun aydın seçildiyini təsdiqləyiblər.

Alimlərin məlumatına görə, təxminən 70–66 milyon il əvvəl, Yuxarı Təbaşir dövründə Quançjou və İnci çayı deltası ərazisi dinozavrların yaşaması və fosillərin formalaşması üçün əlverişli təbii şəraitə malik olub.

Tədqiqatçılar yumurtaların dəqiq yaşını və hansı dinozavr növünə aid olduğunu müəyyən etmək üçün üçölçülü skan və geoloji analizlər aparacaqlar.

Qiymət Mahir

XƏBƏR LENTİ
06 IYUL 2026
Bütün Xəbərlər