Doğum ayınız təkcə xarakterinizi yox, evinizin rəngini də müəyyən edə bilər

Doğum ayınız təkcə xarakterinizi yox, evinizin rəngini də müəyyən edə bilər
06.07.2026 07:44 Maraqlı

İnteryer dizaynerləri ev üçün ideal rəng palitrasını ev sahibinin doğum ayına əsasən seçməyin mümkün olduğunu bildiriblər. Mütəxəssislərin sözlərinə görə, hər doğum ayı müəyyən qiymətli daşla əlaqələndirilir və həmin daşın rəngi interyer dizaynı üçün uğurlu seçim hesab oluna bilər.

TodayPress TV xəbər verir ki, məlumata görə, yanvar ayı üçün qranat daşını təmsil edən tünd bordo, fevral üçün ametistin çaları olan bənövşəyi, mart üçün isə akvamarin mavisi tövsiyə edilir.

Apreldə doğulanlar üçün ağ, may ayında doğulanlar üçün zümrüd yaşılı, iyun üçün mirvari çəhrayıs, iyul üçün yaqut qırmızısı, avqust üçün adaçayı yaşılı uyğun hesab olunur.

Sentyabr ayında doğulanlara tünd göy, oktyabrda doğulanlara tozlu çəhrayı, noyabr üçün narıncı, dekabr üçün isə firuzəyi rəng məsləhət görülür.

Dizaynerlər bildirirlər ki, bu rənglərdən divar boyasında, dekor elementlərində və ya mebellərdə istifadə etməklə həm estetik, həm də harmonik interyer yaratmaq mümkündür.

Bununla yanaşı, mütəxəssislər evdə həddindən artıq tünd və ağır rənglərdən ehtiyatla istifadə etməyi tövsiyə edirlər. Onların fikrincə, belə tonlar məkanı vizual olaraq kiçildir və kifayət qədər işıqlandırma olmadıqda otaqda sıxıcı ab-hava yarada bilər. Buna görə də parlaq və tünd rənglərdən əsasən dekorativ aksentlərdə istifadə etmək daha məqsədəuyğun sayılır.

Kübra Musayeva

XƏBƏR LENTİ
06 IYUL 2026
Bütün Xəbərlər