Bu aylarda doğulan insanlar daha qayğıkeş olurlar
Astroloqların fikrincə, iyul, mart, sentyabr və oktyabr aylarında doğulan insanlar daha empatik, qayğıkeş və ətrafdakılara dəstək olmağa meyilli olurlar.
TodayPress TV xəbər verir ki, bu aylarda dünyaya gələn şəxslər insanları dinləməyi, çətin anlarda dəstək göstərməyi və təhlükəsiz mühit yaratmağı bacarırlar. Astroloqlar hesab edirlər ki, bu xüsusiyyətlər onların ətrafdakılar tərəfindən daha etibarlı və anlayışlı insanlar kimi qəbul edilməsinə səbəb olur.
Qeyd edək ki, astrologiya elmi cəhətdən təsdiqlənmiş sahə deyil və bu fikirlər astroloqların şərhlərinə əsaslanır.