194 yaşlı tısbağa dünya rekorduna imza atdı
Seynt-Yelena adasında yaşayan Conatan adlı Əldabra nəhəng tısbağası “Ginnesin Rekordlar Kitabı”na dünyanın ən yaşlı quru heyvanı kimi düşüb.
TodayPress TV xəbər verir ki, təxminən 194 yaşında olan Conatanın 1832-ci ildə Seyşel adalarında doğulduğu ehtimal edilir. O, 1882-ci ildə Seynt-Yelena adasına gətirilib.
Yaşlılığına baxmayaraq, Conatan hələ də aktivdir. Ada sakinləri onu uzun illərdir yerli simvol və adanın ayrılmaz hissəsi hesab edirlər.