Pambıq ixracından gəlir 11 %-ə yaxın azaldı

Pambıq ixracından gəlir 11 %-ə yaxın azaldı
30.06.2025 17:00 Maliyyə

Bu ilin yanvar-may aylarında Azərbaycan 88,8 milyon ABŞ dolları dəyərində pambıq ixrac edib.

TodayPress TV xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın iyun sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,75 % azdır.

Təkcə mayda isə Azərbaycan 27,2 milyon ABŞ dolları dəyərində pambıq ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 28,3 % çoxdur.

5 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,6% artaraq 1,4 milyard ABŞ dolları təşkil edib.

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər