Naxçıvanın büdcəsinə ayrılan dotasiya 43 %-dən çox azaldı

Naxçıvanın büdcəsinə ayrılan dotasiya 43 %-dən çox azaldı
29.07.2025 12:29 Maliyyə

Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə 85 milyon manat dotasiya ayrılıb.

TodayPress TV xəbər verir ki, bunu Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli sosial şəbəkə hesablarında bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43,3 % azdır.

Xatırladaq ki, bu il mərkəzləşdirilmiş büdcədən Naxçıvana 285,7 milyon manat dotasiya ayrılması nəzərdə tutulur. Beləliklə, 6 aylıq dotasiya təxminən 60 % icra edilib.

XƏBƏR LENTİ
19 IYUL 2026
Bütün Xəbərlər