İlin ilk 6 ayında ödənişli xidmətlərdən büdcəyə daxilolmalar üzrə proqnoz 21 % az icra edilib

İlin ilk 6 ayında ödənişli xidmətlərdən büdcəyə daxilolmalar üzrə proqnoz 21 % az icra edilib
03.07.2025 11:16 Maliyyə

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 312,1 milyon manat təşkil edib.

TodayPress TV bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 29,2 % çoxdur.

Ödənişli xidmətlərdən daxilolmalar proqnozdan 21,4 % az icra edilib.

Bundan başqa, 6 ay ərzində büdcəyə sair daxilolmalar 434,6 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 6,4 %, proqnozdan isə 3,6 dəfə çoxdur.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər