İlin birinci yarısında Neft Fondundan büdcəyə transfertin həcmi açıqlandı

İlin birinci yarısında Neft Fondundan büdcəyə transfertin həcmi açıqlandı
03.07.2025 10:28 Maliyyə

2025-ci ilin ilk altı ayında Dövlət Neft Fondundan (ARDNF) büdcəyə transfertin həcmi 7 mlrd. 240,5 mln. manat təşkil edib.

TodayPress TV bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, transfert proqnoza qarşı 100% həcmində icra edilib.

Ötən ilin eyni dövrünə nisbətən Fond tərəfindən büdcəyə köçürmələr 850 milyon manat artıb. Belə ki, ARDNF ötən ilin ilk yarısında büdcəyə 6 mlrd. 390,5 mln. manat transfert edib. Transfertin büdcə gəlirlərində payı isə 36,6% təşkil edib.

Qeyd edək ki, bu ilin ilk altı ayında büdcənin cəmi gəlirləri 19,8 mlrd. manat, cəmi xərcləri isə 17,09 mlrd. manat təşkil edib.

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər