Həyat sığortası üzrə ödənişlər 44 % artdı

Həyat sığortası üzrə ödənişlər 44 % artdı
04.04.2026 14:15 Maliyyə

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 129,231 milyon manat sığorta haqqı toplanılıb.

TodayPress TV Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,2 % çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 43,5 % artaraq 101,136 milyon manata çatıb.

Beləliklə, 2 ayda həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 78,3 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 55,7 manat təşkil edib.

Xatırladaq ki, yanvar-fevral aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 277,562 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 % azdır.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 148,800 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 37 % çoxdur.

2 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 53,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 38,6 manat olub.

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUN 2026
Bütün Xəbərlər