Dövlət və icmal BÜDCƏLƏRİN GƏLİRLƏRİ proqnozu üstələdi
Maliyyə
07.04.2026 11:54
2026-cı ilin yanvar-mart aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 265 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.
Bu barədə TodayPress TV-yə Maliyyə Nazirliyindən məlumat verilib.
Cari ilin yanvar-mart ayları ərzində dövlət büdcəsinin gəlirləri 9 599 milyon manat təşkil edib ki, bu da proqnozu 458,9 milyon manat və ya 5 faiz üstələyib.
Yanvar-mart ayları ərzində dövlət büdcəsinin xərcləri 8 012,5 milyon manat proqnoza qarşı 7 817,1 milyon manat məbləğində icra edilib ki, bu da 97.6 faiz təşkil edir.
2026-cı ilin yanvar-mart ayları ərzində icmal büdcənin gəlirləri 8 852,6 milyon manat, xərcləri isə 9 043,6 milyon manat məbləğində icra edilib.
tag: Maliyyə Nazirliyi,Dövlət büdcəsi,Gəlir,Artım,Todaypress.tv,
