Bələdiyyələrin 51 %-i auditdən keçməyib
2024-cü ildə Azərbaycanda 1 436 bələdiyyə məcburi audit subyekti olub.
TodayPress TV xəbər verir ki, bu barədə Auditorlar Palatası məlumat yayıb.
Bu, 2023-cü illə müqayisədə 10,6 % azdır.
Ötən il auditdən keçmiş bələdiyyələrin sayı isə 4,7 % azalaraq 709-ə düşüb, onların xüsusi çəkisi isə 46,3 %-dən 49,4 %-ə yüksəlib.
Başqa sözlə, il ərzində bələdiyyələrin 50,6 %-i auditdən keçməyib.