Banklar ödənişlərdə "Az-QR" standartına keçəcək

Banklar ödənişlərdə "Az-QR" standartına keçəcək
23.07.2025 14:11 Maliyyə

Bu ilin oktyabr ayının sonuna kimi Azərbaycanda bütün banklar "Az-QR" standartına keçəcək.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bütün ödəniş nöqtələrində istehlakçılara "QR"la ödənişlər təklif ediləcək: "Bu, mikro və kiçik sahibkarlar üçün böyük üstünlükdür. Həm onların, həm də bankların xərcləri azalacaq. Kiçik sahibkarlar və təsərrüfatlar üçün 500-600 dollar verib pos-terminal almaq onların xərclərini xeyli artırır", - deyə o qeyd edib.

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər