AZIR indeksi azaldı

AZIR indeksi azaldı
11.06.2025 12:27 Maliyyə

Bu ilin aprel ayından başlayaraq Maliyyə Nazirliyinin vahid xəzinə hesabının sərbəst qalığının kommersiya banklarında yerləşdirilməsi məqsədilə keçirdiyi depozit hərracları nəticəsində bank sektorunda likvidliyin artması AZIR indeksinə azaldıcı təsir edib.

TodayPress TV bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

"Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər, bank sisteminin likvidlik mövqeyində dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir. Təminatsız pul bazarında faizlər AMB-nin faiz dəhlizi daxilində hərəkət edir. AZIR indeksinin orta günlük səviyyəsi mayda və iyunun ötən dövründə 6,7 % olub. AMB banklararası pul bazarında gedən proseslərin təhlilini və qabaqcıl beynəlxalq təcrübəni nəzərə alaraq Avropa Yenidənqurma və İnkişaf Bankının ekspertləri ilə sıx əməkdaşlıq çərçivəsində AZIR indeksinin hesablanmasının yeni və daha təkmil qaydalarını hazırlayaraq təsdiq edib", - deyə məlumatda qeyd olunub.

Bundan başqa, qurum xatırladıb ki, ötən ilin ikinci yarısının bir çox aylarında hökumət hesabları qalığının artımı qısamüddətli faizlərə artırıcı təsir edirdi: "Bu şəraitdə AMB açıq bazar əməliyyatlarını intensivləşdirib, artan likvidliyin əhəmiyyətli hissəsi qurumun əsas alətinə çevrilməkdə olan 1 həftəlik əməliyyatlarla sterilizasiya olunub. Sterilizasiya yönümlü açıq bazar əməliyyatlarının effektivliyini artırmaq üçün pul siyasətinin əməliyyat çərçivəsində dəyişiklik edilib, 7 günlük repo əməliyyatı 7 günlük depozit əməliyyatı ilə əvəzlənib. Pul bazarında aktivlik yüksək olaraq qalır. 2025-ci ilin 5 ayında ötən ilin müvafiq dövrünə nəzərən təminatsız bazarda əqdlərin həcmi 1,6 dəfə, sayı isə 1,8 dəfə artıb".

XƏBƏR LENTİ
02 IYUN 2026
Futbol dünyasının ən güclü məşqçiləri bəlli oldu 11:02 Nikol Paşinyan Azərbaycana 4-5 milyard dollar dəyərində silah verib - nə üzlə səs istəyir? 11:00 Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik etdi 10:51 Qazaxıstanı keçən millimiz indi Çexiyanı hədəfləyir 10:43 İran qarışıb, hakimiyyət çöküb - Prezidenti divara sıxıblar, SEPAH sərhəd tanımır 10:39 Azərbaycan onu gözləyir: Tramp yeni elçisini göndərir 10:37 Hamının yolunu gözlədiyi yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq 10:30 Osaka öz etirafı ilə gündəm oldu: artıq üzülmürəm 10:22 Yaxın Şərqdə "qırğın" gedir, Trampın Netanyahuya demədiyi qalmadı - Dünya diplomatik skandalı belə izləyir... 10:16 Ukrayna Qərbi sıxışdırdı– Kiyevdən yeni xəbərdarlıq 10:10 Bina və hündür ağaclardan uzaq durun - FHN-dən XƏBƏRDARLIQ! 10:07 Arteta böyük dəyişikliklərə hazırlaşır: transfer planı açıqlandı 10:17 DİM-dən abituriyentlərə MÜRACİƏT - Qabilliyət imtahanları... 09:58 Dəmir Yollarından ictimaiyyətə müraciət - ÖLƏN VAR 09:50 Yeni mövsümü planlaşdırırdı, amma istefa xəbəri aldı 09:44 Mobil telefon kimi top: Mundialın ən maraqlı yeniliyi 09:38 Təbii qazın dəyəri artdı 09:36 Neft qiymətləri ucuzlaşdı - Son Rəqəmlər! 09:20 Rusiya Kiyevi yer üzündən silir - Gecə boyunca zərbələr davam edir - VİDEO 09:09 ABŞ-nin təzə qurbanı OMAN: Bu dəfə İranın nişangahında 09:02 NASA-dan yadplanetlilərin cəsədləri ilə bağlı AÇIQLAMA 08:45 Sürücülərin NƏZƏRİNƏ - Bu yollar... 08:32 "İlski" neft emalı zavoduna hücum - Anbaan görüntülər 08:28 Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi 23:45 Yox olmaq üzrə olan növ üçün sevindirici xəbər: İki quş dünyanı heyrətləndirdi 23:42 Bütün Xəbərlər