Azərbaycan və İsveçrə maliyyə sektorunda müzakirələr apardı

Azərbaycan və İsveçrə maliyyə sektorunda müzakirələr apardı
09.07.2025 10:40 Maliyyə

Azərbaycan və İsveçrə arasında maliyyə sektorunda rəqəmsal təşəbbüslər müzakirə edilib.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"İsveçrə Milli Bankının sədri cənab Martin Şlegel ilə Azərbaycana ilk işgüzar səfərində görüşməkdən məmnun olduq. Görüş zamanı qlobal iqtisadiyyat və maliyyə bazarlarında gedən proseslər, ortamüddətli dövr üçün pul siyasəti və maliyyə sabitliyi üzrə prioritetlər, maliyyə sektorunun inkişafına dair rəqəmsal təşəbbüslər ətrafında geniş fikir mübadiləsi apardıq. Görüşdə həmçinin ölkələr arasında tərəfdaşlığın cari vəziyyətindən məmnunluq ifadə edərək qurumlar arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik", - deyə o qeyd edib.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər