AZAL dövlət bankında depozit yerləşdirdi

AZAL dövlət bankında depozit yerləşdirdi
30.12.2025 17:05 Maliyyə

"Azərbaycan Hava Yolları" QSC (AZAL) dövlətə məxsus "Azərbaycan Beynəlxalq Bankı" ASC-də 50 milyon manat depozit yerləşdirib.

TodayPress TV xəbər verir ki, bununla bağlı ilk müqavilə fevralın 5-də imzalanıb.

Depozit 6 ay müddərinə, illik 8 %-lə yerləşdirilib. Avqustun 1-də isə depozitin müddətinin bitdiyi tarixdən növbəti 6 ay müddətinə uzadılmasına dair əlavə saziş imzalanıb və illik faiz dərəcəsi 7 % müəyyən edilib.

Bu il AZAL həm də banklar qarşısında olan öhdəlikləri üzrə 32,968 milyon manat əsas borc və 13,471 milyon manat faiz ödənişi həyata keçirib.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər