Aktiv ƏDV ödəyicilərinin sayı 11 %-ə yaxın artdı
Bu ilin yanvarın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 6,5 % artaraq 859,3 min təşkil edib.
Bu barədə TodayPress TV-yə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
Məlumata görə, bu dövrə ölkədə aktiv ƏDV ödəyicilərinin sayı 10,6 % artaraq 58,4 min olub.
Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 7,1 %artıb və 232,8 min təşkil edib.