Qadının əri tərəfindən qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıldı
Kriminal
21.03.2026 09:33
Suraxanı rayonunda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.
Bu barədə TodayPress TV-yə rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, martın 20-də paytaxtın Suraxanı rayonu ərazisində 1990-cı il təvəllüdlü Pərvanə Abbasovanın almış olduğu xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla 1983-cü il təvəllüdlü Vasif Abbasovun Pərvanə Abbasovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, V.Abbasov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
tag: Suraxanı,Adam öldürmə,Cinayət,Prokurorluq,Todaypress.tv,
