Taxıl sahələrinin 60 %-i yerli sortlarla əkilib

Taxıl sahələrinin 60 %-i yerli sortlarla əkilib
05.08.2025 15:29 Kənd Təsərrüfatı

Bu mövsüm Azərbaycanda ümumilikdə 986 min hektar sahədə taxıl əkilib və həmin sahələrin təxminən 60 %-ində Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ETİ) alimlərinin yaratdığı yerli sortlardan istifadə olunub.

TodayPress TV bu barədə ETİ-nin direktoru Faiq Xudayeva istinadən xəbər verir.

O bildirib ki, taxılçılıqda yüksək məhsuldarlığa nail olmaq üçün ilk və ən vacib mərhələ düzgün toxum seçimi ilə bağlıdır:

“Hazırda institut tərəfindən ölkənin müxtəlif bölgələrinin torpaq-iqlim şəraitinə uyğun, biotik amillərə davamlı və adaptiv xüsusiyyətlərə malik yeni sortların yaradılması istiqamətində seleksiya tədqiqatları aparılır”.

F. Xudayevin sözlərinə görə, aqrar sahə də qloballaşan dünyanın yaratdığı yeni çağırışlarla üz-üzədir: “Buna görə də həm mövcud, həm də gələcək tələblərə cavab verən, daha dayanıqlı və məhsuldar sortların yaradılmasına ehtiyac var. Azərbaycanda əkin sahələrinin əksəriyyəti ya dəmyə, ya da məhdud suvarma şəraitində yerləşir. Belə şəraitdə yüksək məhsuldarlığa nail olmaq üçün müasir texnologiyaların tətbiqi və sürətli seleksiya metodları xüsusi önəm daşıyır”.

O qeyd edib ki, ənənəvi seleksiya üsulları ilə yeni sortun yaradılması təxminən 15 il çəkir və bu, sürətlə dəyişən dövrün tələblərinə cavab vermir: “Bu səbəbdən institut qarşıya məqsəd qoyub ki, klassik metodlardan genetik səviyyədə tədqiqatlara və sürətli seleksiya texnologiyalarına keçid etsin. Hibridləşmə yolu ilə bir ildə 6 nəsil əldə etmək mümkündür və bu yanaşma ilə yeni sortların 5-6 il ərzində yaradılması nəzərdə tutulur”.

ETİ-nin direktoru əlavə edib ki, bu yanaşma həm elmi effektivliyi artıracaq, həm də fermerlər və digər sifarişçilərin artan tələblərinə daha çevik cavab verilməsinə şərait yaradacaq.

XƏBƏR LENTİ
05 IYUN 2026
Avropa çempionatının ən yaxşı oyunçusu seçildi 00:23 Trampdan İrana sərt mesaj: “ABŞ əsgərləri öldürülsə..." 00:30 Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırıldı 00:33 İran XİN region ölkələrinə xəbərdarlıq ETDİ 00:26 Hicran Hüseynova vəfat etdi - FOTO 23:19 Azərbaycanın minifutbol millisi Avropa çempionu oldu 23:47 Parataekvondoçularımız Roma Qran-Prisində iki medal qazandılar 23:09 Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək 23:26 Atəşkəs uzun çəkmədi: İsrail və "Hizbullah" yenidən qarşılıqlı zərbələr endirdi 23:14 Emin Ağalarov Rusiya-Azərbaycan münasibətlərinin inkişaf potensialı barədə danışdı 22:52 Putin yenidən prezident olacaq? - Özü açıqladı - VİDEO 22:32 “Elvin özünə yeni klub tapmalıdır” - Ayxan Abbasov 22:38 İranla müharibə ABŞ ailələrinə yüzlərlə dollara başa gəldi 22:42 Vladimir Putin İlham Əliyevlə görüşəcək? - lider açıqladı 22:33 Türkiyə və Qətərin XİN başçıları ABŞ-İran danışıqlarını müzakirə etdi 22:19 Ermənistanda seçkiqabağı şok: Ölkəyə gələnlərə sərhəddə hərbi çağırış vərəqəsi verilir 21:55 Blokadadan bəri İLK: Milyonlarla barel neft daşıyan tanker Hörmüzdən keçdi 22:11 SAKİNLƏRİN NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq 21:29 Putin Azərbaycan-Rusiya əlaqələrindən danışdı 21:54 Rusiya və Çin yeni hərbi-texniki layihələr hazırlayır - Putin bəyan etdi 21:20 Azərbaycan-Rusiya biznes dialoqu keçirildi 21:10 Putin: "Kiyev kompromisə getsə, münaqişə tezliklə başa çatar" 21:29 Litva Hörmüz boğazına hərbçilərin göndərilməsini dəstəklədi 20:45 Livanda ölənlərin son sayı AÇIQLANDI 20:34 3 iyun hücumundan GÖRÜNTÜLƏR: “Boykiy” belə vurulub 21:05 Bütün Xəbərlər