Tahir Rzayev: “Fermerlərin maarifləndirilməsi gücləndirilməlidir”
Kənd Təsərrüfatı
17.12.2025 11:31
“Fermerlər arasında maarifləndirmənin genişləndirilməsi, təlimlərin səviyyəsinin artırılması və bu prosesə alimlərin daha fəal cəlb olunması bu gün aqrar sahənin əsas ehtiyaclarındandır”.
TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin rəhbəri Tahir Rzayev Aqrar biznes festivallarına həsr olunmuş yekun tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, fermer qazancını, gəlirini və xərclərini hesablamaq üçün əlavə əziyyət çəkməməli, elmi əsaslara söykənən, praktik və anlaşılan məlumatlarla təmin olunmalıdır.
Tahir Rzayev, həmçinin qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyinin süni intellekti aqrar sahəyə tətbiq etməsi təqdirəlayiq təşəbbüsdür. O bu addımın uğur qazanacağına inandığını bildirib.
Qiymət Mahir
tag: Tahir Rzayev, Deputat,Tədbir,Çıxış,Todaypress.tv,
