Göygöldə “II Moruq Festivalı” keçiriləcək

Göygöldə “II Moruq Festivalı” keçiriləcək
25.08.2025 10:25 Kənd Təsərrüfatı

Göygöl rayonunda “II Moruq Festivalı” keçiriləcək.

TodayPress TV xəbər verir ki, Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçiriləcək festivalın tərəfdaşları Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti, Aqrar İnnovasiya Mərkəzi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi, Gəncə-Daşkəsən Regional Məşğulluq filialı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Gəncə-Qazax Regional koordinatorluğu, “Göygöl Şərab Zavodu” ASC, “Şirin Aqro” QSC, “Xanni-2017” MMC və digər dövlət və özəl qurumlardır.  

30-31 avqust tarixlərində keçirilməsi nəzərdə tutulan “II Moruq Festivalı” Göygöl rayonunun Keşkü kəndində baş tutacaq.

Festivalın təşkilində məqsəd bölgənin turizm sektoru üzrə rəqabət qabiliyyətini yüksəltmək, aqroturizmin inkişafına dəstək vermək, Göygöl rayonunun təbiətinin unikal cəhətlərini, burada istehsal olunan kənd təsərrüfatı məhsullarını tanıtmaq, moruq istehsalının təşviqi yolu ilə iqtisadiyyatın inkişafına töhfə verməkdir.

Keşkü kəndində təşkil olunacaq festivalda ziyarətçilərə moruq istehsalı ilə daha yaxından tanış olmaq imkanı yaradılacaq, yerli istehsalçılar tərəfindən təqdim olunan moruq növlərinin dequstasiyası və satışı təşkil ediləcək. Festivala gələn ziyarətçilər bəyəndikləri məhsulları ən sərfəli qiymətə almaq imkanı da qazanacaqlar. Tədbir çərçivəsində qonaqlar üçün müxtəlif əyləncəli şou proqramların nümayişi nəzərdə tutulur.

Həftəsonu hər gün saat 10:00-21:00 aralığında baş tutacaq festivalın ərazisi məkan olaraq müxtəlif interaktiv zonalara bölünəcək. Ziyarətçilər kənd təsərrüfatı məhsullarının sərgi-satış yarmarkasına, moruq təsərrüfatı guşəsinə baş çəkə biləcək, müxtəlif dequstasiya tədbirlərində iştirak edəcək, ustad dərslərini, o cümlədən moruqla rəsm çəkməyə dair ustad dərsini izləyə biləcəklər. Festival çərçivəsində həmçinin sənətkarların hazırladıqları əl işlərinin sərgi-satış yarmarkası təşkil ediləcək. Ziyarətçilər açıq havada konsert proqramını, idmançıların nümunəvi çıxışlarını izləmək imkanı qazanacaqlar. Ərazidə xüsusi kampinq zonasının təşkili də nəzərdə tutulub.

Moruq Festivalının Göygöl rayonunda keçirilməsi təsadüfi deyil. Göygöl rayonu ən çox giləmeyvə, o cümlədən moruq becərilən rayonlardan biridir. Bu faydalı giləmeyvə əvvəllər rayonun dağlıq ərazilərində, su mənbələrinin kənarlarında yetişdirilsə də, son illər böyük ərazilərdə sənaye üsulu ilə əkilib becərilir. Fermerlər moruğun daha məhsuldar olan “Polka” və Polyana” sortlarını becərməyə üstünlük verirlər.

Qeyd edək ki, moruq xalq təbabətində ən geniş istifadə olunan giləmeyvələrdən sayılır. Çay kimi dəmlənmiş meyvələr soyuqdəymədə hərarət salan vasitə kimi istifadə edilir. Moruq tərkibində ən çox dəmir olan giləmeyvədir. Giləmeyvənin 100 qramının enerji dəyəri 41 kaloridir. Qlükoza və fruktoza ilə zəngin olduğuna görə ürək-damar və beyin patologiyası zamanı faydalı hesab olunur.

“Moruq Festivalı” məhsul bayramı xarakteri daşımaqla yanaşı, moruq istehsalçılarına yeni işgüzar əlaqələr qurmağa, məhsullarını geniş auditoriyaya tanıtmağa imkan verəcək.

Festivalı hər gün minlərlə insanın ziyarət edəcəyi proqnozlaşdırılır.

XƏBƏR LENTİ
05 IYUN 2026
CNN Azərbaycandan nə istəyir? — Mətbuat Şurasından REAKSİYA 14:57 Səyyar "ASAN xidmət" Tbilisidə vətəndaşlara xidmət göstərir 14:55 Argentina əfsanəsi Skaloninin uğur formulunu açıqladı! 14:41 CNN-in əsassız iddialarını qətiyyətlə rədd edir, təkzib tələb edirik - RƏSMİ 14:29 CNN Azərbaycana şər atdı - Mediadan açıqlama gəldi 14:25 Zelenski və Putin görüşü baş tutacaq? 14:24 “Sabah” Avstriyada güc toplayacaq, üç oyuna çıxacaq! 14:22 Ermənistan qızıl zavodlarını Azərbaycana verir - İDDİA 14:20 Haftəsonu planı quranlar DİQQƏT! Bakıda hava... 14:11 5 həmyerlimizin həlak olduğu hücumun ANBAAN GÖRÜNTÜLƏRİ 13:58 Putindən Bakıya qəfil zəng: Tək çarəmiz sizsiniz 13:53 Prezident Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım etdi 13:45 Azərbaycanlı deputatlar Ermənistanda seçici olsaydılar, namizədlərdən tələbləri nələr olardı? 13:22 25 vətəndaşımızın olduğu gəmi bombalandı - 5 nəfər öldü, yaralananlar var 13:29 Xəzər dənizi olmadan Azərbaycan nə edəcək? 13:14 “20 Yanvar”ın taleyi dəyişir? - Bir müddət sonra yenə eyni problem yaranacaq 13:09 KFC müştəriləri “başından etməyə” çalışır - DİQQƏTLİ OLUN! 13:02 Xəzər quruyur - Prezident həyəcan təbili çaldı 12:58 Nurməhəmmədov karyerasının ən vacib qazancını açıqladı! 12:47 Prezident: Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib 12:38 Transfer söz-söhbətlərinə son? Kivu Bastoni barədə danışdı! 12:31 300 min azərbaycanlının ayaq səsi İrəvanda eşidildi: Karapetyan say açıqladı 12:26 TƏCİLİ! Bu NATO ölkəsi vuruldu 12:26 Dövlət Agentliyi "Azərişıq"da yoxlamalar aparır - Rəhbər şəxslər cəzalandırıldı 12:19 Prezident beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ 11:29 Bütün Xəbərlər