Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ!

Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ!
02.06.2026 12:23 İqtisadiyyat

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb.

TodayPress TV birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 0,89% artaraq 4,546.6 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin iyul fyuçerslərinin qiyməti də 1,12% artaraq 76.10 ABŞ dolları təşkil edib.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər