Yeni qatlana bilən “iPhone”un ilkin qiyməti açıqlandı
“Apple”ın ilk qatlana bilən “iPhone”u ən azı 2000 dollara başa gələcək.
TodayPress TV xəbər verir ki, bu barədə “JPMorgan” məlumat yayıb.
“Apple” yeni modeli 2026-cı ilin ikinci yarısında edəcək.
“2025-ci ilin payızına planlaşdırılan “iPhone 17” potensial alıcılara əhəmiyyətli təkmilləşdirmələr təklif etməyəcək”,- deyə ekspertlər bildiriblər.
“iPhone” xəttində ilk olan qatlana bilən smartfonun “iPhone 18” seriyalı cihazlarla eyni vaxtda satışa çıxması gözlənilir.
Aysel Mətləb