Yeni “iPhone 17 Pro” “Apple” noutbukundan güclüdür
Yeni “iPhone 17 Pro”, “Geekbench” testində “Apple”ın “MacBook Air M2” noutbuk modelindən daha yüksək nəticə göstərib.
TodayPress TV xəbər verir ki, bu barədə “Apple” “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
“Geekbench”in “Metal GPU” testinə əsasən, “MacBook Air M2” orta hesabla 42 min bal toplayır. “iPhone 17 Pro” isə A19 Pro çipi ilə 45 min bal nəticə göstərib. Bu da o deməkdir ki, “iPhone 17 Pro” qrafik göstəricilər baxımından “Apple” noutbukundan güclüdür.
Aysel Mətləb