"Windows 11" üçün yeni panel sınaqdan keçirilir

İKT

01.02.2026 21:53

"Microsoft" "Windows 11" üçün "macOS" və "Linux"dakı yuxarı idarəetmə panellərini xatırladan yeni interfeys elementi üzərində eksperiment aparır.

TodayPress TV  xəbər verir ki, "The Verge" nəşrinin məlumatına görə, "Microsoft" bu yeniliyi "PowerToys" komandası daxilində test edir.

Həll fərdiləşdirilə bilən "UI-dok" kimi təqdim olunur və ekranın yuxarı, yan və ya aşağı hissəsində yerləşdirilə bilir.

Yeni panel "PowerToys" genişlənmələrini dəstəkləyir və müxtəlif istifadə ssenarilərinə uyğunlaşır. Prototip vasitəsilə prosessor və yaddaş yüklənməsi, temperatur göstəriciləri, tətbiq qısa yolları, media idarəetməsi və digər sürətli əməliyyatlar panelə əlavə oluna bilir.

Arxitektur baxımdan panel üç zonaya bölünüb. İstifadəçilər dizaynı, fonu, davranış modelini və qaranlıq rejimdə işləməsini detallı şəkildə tənzimləyə bilirlər.

Hazırda "Microsoft" icma rəylərini "GitHub" üzərindən toplayır. Layihə eksperimental mərhələdədir və onun "Windows 11"in stabil versiyalarına daxil ediləcəyi hələlik dəqiqləşməyib.

Qiymət Mahir

tag: Microsoft,Windows ,macOS,Linux,Todaypress.tv,